"Qarabağ"ın kaptanı Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə görüşdən (3:0) sonra hərbi salam vermələri barədə danışıb.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu "Reuters"ə açıqlamasında tezliklə komandanın doğma meydanda məskunlaşacağına inandığını söyləyib:
"Biz yalnız belə bir çətin dönəmdə Azərbaycan xalqına, torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgərlərimizə dəstək olmaq istədik. İnşallah, gün gələcək, “Qarabağ” rəsmi olaraq doğma yurduna köçəcək. Oradakı oyunlara nə qədər insanın gəldiyinə və necə həvəsli olduqlarına inanmazsınız. İnsanlar hasarların üstünə çıxıb və oyuna oradan baxırdılar. "Qarabağ"ın azarkeş bazası ümummilli xarakter daşıyır. Çempionlar Liqasında qrupa düşən ilk yerli klubdu. Komanda Azərbaycanın çoxdan azad etmək istədiyi bölgəni təmsil edir".