Maradona xəstəxanaya yerləşdirildi

15:37 3 Noyabr 2020

Əfsanəvi hücumçu Dieqo Maradona xəstəxanaya yerləşdirilib. 

 

Sportarena.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.Yaxınları Maradonanın xəstəxanaya yerləşdirilməsinin səbəblərini açıqlayıb. Bildirilib ki, bu, koronavirus pandemiyası ilə bağlı deyil. Uzun müddətdir Maradona yuxusuzluqdan və sağlamlığındakı digər problemlərdən şikayət edirmiş. 

 

Xatırladaq ki, ötən həftə 60 yaşını qeyd edən Maradona koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid etmişdi.


Digər xəbərlər

Xəbər xətti