"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.
Sportarena.az xəbər verir ki, xorvatiyalı qolkiper Bosniya və Herseqovinanın "Zrinski" klubuna keçib. Bosniya və Herseqovina mətbuatı 31 yaşlı qapıçı ilə müqavilənin 2022-ci ilin yayına qədər nəzərdə tutulduğunu yazıb.
Qeyd edək ki, Miro Varvodiç 2012-ci ilin iyunundan 2013-cü ilin dekabrınadək Ağdam klubunda çıxış edib.