Moreno da koronavirusa yoluxdu

09:54 4 Noyabr 2020

“Lids”in və İspaniya millisinin üzvü Rodriqo Moreno koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bunu 29 yaşlı hücumçu İnstaqram hesabında yazıb. O, özünü yaxşı hiss etdiyini bildirib. Rodriqo milli komandaya və “Lids”ə evdən dəstək olacağını qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl İspaniya millisinin digər üzvü Mikel Oyarzabal da koronavirusa yoluxmuşdu.


Xəbər xətti