"Sivasspor" - "Qarabağ" oyununun hakimləri dəyişdi

14:50 4 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakimləri dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.Referi Sandro Şörer olacaq. Ona yan xətt hakimləri qismində Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim isə dəyişilməyib. Bu funksiyanı portuqaliyalı Yanku Yoan Vasilista yerinə yetirəcək.
 

Bundan əvvəl qarşılaşma Joaou Pinyeyronu rəhbərlik etdiyi Portuqaliyadan olan hakimlər briqadasına tapşırılmışdı. Sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti