Daha 7 kəndimiz işğaldan azad olundu

18:04 4 Noyabr 2020

Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tvitterdə məlumat yayıb:

 

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

 

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"



Digər xəbərlər

Xəbər xətti