"Qalatasaray"ın məşqçiləri "Sivasspor" - "Qarabağ" oyununu izləyəcəklər

11:20 5 Noyabr 2020

Türkiyə Superliqasının 8-ci turunda "Sivasspor"un qonağı olacaq "Qalatasaray" rəqibini yaxından analiz etməyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Sivas təmsilçisinin Avroliqadakı oyununu da diqqətdə saxlayır. Bildirilib ki, "Sivasspor"u daha yaxşı analiz etmək üçün İstanbul klubunun məşqçiləri "Sivasspor"un Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi bugünkü matçını stadiondan izləyəcəklər.

 

Qeyd edək ki, "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Meydan sahibləri noyabrın 8-i isə "Qalatasaray"ı qəbul edəcəklər.


Digər xəbərlər

Xəbər xətti