"Hər bir əsgərimizin, zabitimizin alnından öpürük" - Rəşad Sadıqov

02:45 9 Noyabr 2020

“Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm”.


 
Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

 
Azərbaycan Ordusunun Dağlıq Qarabağda ardıcıl zəfərlərindən danışan 38 yaşlı çalışdırıcı futbola toxunmaq istəmədiyini bildirib: “İcazə verirsinizsə, bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Tarixin şahidi oluruq, bu sevinci bizə yaşadanlara təşəkkür edirəm. Çox şanslıyıq ki, bu tarixi zəfərləri canlı görürük. Hər bir əsgərimizin, zabitimizin alnından öpürük, bağrımıza basırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımızın hər qarışı geri qaytarılsın. İnşallah, tezliklə Qarabağda və digər rayonlarımızda da bayrağımız sancılar. Bu zəfər yaxındır”.  


Digər xəbərlər

Xəbər xətti