"İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik" - "Səbail"in legioneri

10:18 10 Noyabr 2020

"Nəticələr və komandanın çıxışından məmnunam. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik. Komanda özünü daha yaxşı hiss edir. Ən vacib olan öz oyunumuzu tapmağa başlayırıq. İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik və fikrimiz oyunumuzu yaxşılaşdırmağa davam etməkdir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in qapıçısı Nikolas Hagen ESPN nəşrinə açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

 

24 yaşlı qolkiper öz oyunu haqda da danışıb: "Tədricən mövqeyimi gücləndirirəm. Baş məşqçinin və komanda yoldaşlarımın etimadını qazandığımı hiss edirəm. Qarşılıqlı anlaşma inkişaf edir və daha kompakt şəkildə müdafiə olunuruq".

 

Qvatemalı qapıçı bildirib ki, oyunu yaxşılaşdırmaq üçün eyni düşüncə tərzi ilə davam edir: "Komandama kömək üçün əlavə məşq etməli, hazırlıq prosesində daha çox vaxt keçirməliyəm. Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm".

 

Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümün əvvəlindən "Səbail"də oynayır.


Digər xəbərlər

Xəbər xətti