Azərbaycan futbol ailəsi Prezidentə müraciət etdi

15:43 10 Noyabr 2020

Azərbaycan futbol ailəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə torpaqlarımızın azad edilməsi xəbərinin sonsuz sevinc və fərəh hissi ilə qarşılandığı vurğulanıb.Bildirilib ki, Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyi üçün dövlət başçısı və Azərbaycan Ordusuna futbol ailəsi adından sonsuz minnətdarlıq ifadə olunub.

 
Müraciətdə daha sonra deyilir: "Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik qələbə ilə nəticələndi. Belə bir günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək qələbələrimizin qarantıdır. Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq. Biz birlikdə güclüyük!”


Digər xəbərlər

Xəbər xətti