"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda Türkiyə "Sivasspor"u və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə ev oyunlarını Bakıda keçirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.
Klub rəsmisi bildirib ki, bunun üçün yenidən UEFA-ya müraciət ediləcək: "Artıq müharibə dayanıb. Qitə futbol qurumuna Bakıda oyun keçirməyin mümkünlüyünü deyəcəyik. Daha əvvəl İstanbulda oynamaq üçün müraciət olunub. Hələlik yekun qərar yoxdur".
Qeyd edək ki, noyabrın 26-da olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da "Başakşəhər" klubuna məxsus stadionda keçirib.