“Sportinq”in futbolçusu güllələndi

15:52 11 Noyabr 2020

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Bruno Tavares güllələnib.

 

Sportarena.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi sinəsindən vurulub.Hadisə yanacaqdoldurma məntəqəsində və qəza nəticəsində baş verib. Tavaresin dostları avtomobildə tapança ilə zarafat ediblər və səhvən atəş açılıb. Dərhal xəstəxanaya yerləşdirilən futbolçunun həyatını xilas etmək mümkün olub. Əməliyyat olunan Tavareşin durumu yaxşıdır.

 
Tavares “Sportinq”in B komandasında forma geyinir.


Xəbər xətti