Azərbaycanlı futbolçu Estoniya klubundan ayrıldı

18:25 11 Noyabr 2020

Azərbaycanlı futbolçu Nurlan Novruzov Estoniyanın "Narva Trans" klubundan ayrılıb.



Sportarena.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu feysbuk hesabında paylaşım edib.Nurlan Novruzov 2020-ci ilin fevralından "Narva Trans"ın formasını geyinirdi. Azərbaycanlı futbolçu Estoniya təmsilçisində 23 oyuna 1 qol vurub.


Xəbər xətti