Yığmanın rəqibinin daha 3 futbolçusunda koronavirus aşkarlandı

14:21 12 Noyabr 2020

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İsveçrə millisində koronavirusa növbəti yoluxma halları aşkarlanıb.
 

Sportarena.az xəbər veriir ki, daha 3 futbolçunun testi müsbət çıxıb.Bunlar Jeremi Giymeno, Den Ndoye və Yasper van der Verffdir. Hər üç oyunçu karantinə alınıb və qarşıdakı matçlarda komandalarına kömək edə bilməyəcək.
 

Əvəzində isə daha əvvəl infeksiyaya yoluxmuş Noa Okafor sıraya dönüb. Bu gün Tyun şəhərindəki eyniadlı arenada baş tutacaq İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İsveçrəlilər qrupun son matçında isə Fransanın qonağı olacaq. Həmin qarşılaşma noyabrın 17-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti