Moldova yığması yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, “Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçukun da çıxış etdiyi komanda Rusiya yığması ilə qarşılaşıb.
Kişinyovda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Start heyətdə meydana çıxan Namaşko sonadək mübarizə aparıb. Koçuk isə matçın 6-cü dəqiqəsində meydana daxil olub.