Fransa çempionu PSJ-nin hücumçusu Neymar Braziliya millisinə kömək edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun Türkiyə “Başakşəhər”i ilə matçında (2:0) bud əzələsindən zədələnən 28 yaşlı hücumçu noyabrın ikinci yarısında sıraya dönəcək.
Təcrübəli oyunçu bu səbəbdən, millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq. O, artıq yığmanın heyətindən çıxarılıb. Bu barədə Braziliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.
Neymar Braziliya millisinin heyətindən çıxarıldı.