Gürcüstan millisi baş məşqçisiz qaldı

16:06 13 Noyabr 2020

Gürcüstan milli komandasının baş məşqçisi Vladimir Vays istefa verib.

 

Sportarena.az xəbər verir ki, slovakiyalı mütəxəssis Avro-2020-nin pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olduqları oyundan (0:1) sonra qərarını açıqlayıb. 2016-cı ildən Gürcüstan millisini çalışdıran Vaysın müqaviləsi bu ilin sonuna kimi idi.    

 

Qeyd edək ki, Gürcüstan yığması Şimali Makedoniyaya uduzmaqla Avro-2020-də iştirak şansını itirib.


Digər xəbərlər

Xəbər xətti