“Qarabağ” növbəti ev oyununu da Türkiyədə keçirəcək

00:08 16 Noyabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.

 

Xatırladaq ki, "Qarabağ" "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət etmişdi. Ağdam təmsilçisi II turda İspaniyanın "Vilyareal" komandasına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

 

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti