Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) öz meydanında "Trineç"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb –0:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana çıxıb. Qeyd edək ki, “Viktoriya” 12 xalla 4-cü pillədə qərarlaşıb.