Millətlər Liqasının sonuncu turunda Azərbaycan millisini qəbul edəcək Lüksemburq yığması itkilərlə üzləşib.
Sportarena.az xəbər verir ki, rəqibin iki futbolçusu noyabrın 17-də keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Buna həmin oyunçuların cəzalı duruma düşməsi səbəb olub. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq. Dirk Karlson isə ikinci dəfə xəbərdarlıq aldığı üçün turniri vaxtından əvvəl başa vurub.