Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə müqaviləsini yeniləyib.
Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2021-ci ilin sonunadəkdir. Onun əvvəlki müqaviləsi bu ayın sonuna qədər idi.
Qeyd edək ki, bu ilin fevralından "Finiks Rayzinq"də çıxış edən Rüfət Dadaşov USL liqasında geridə qalan mövsümdə 11 qol vurub, 4 məhsuldar ötürmə edib.