UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda Lüksemburqun qonağı olacaq Azərbaycan millisi sözügedən ölkəyə gedib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar komandaya uğurlar arzulayıblar.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan oyunu noyabrın Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.