FIFA referisi Rauf Cabarov təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 17-də keçiriləcək Ukrayna – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və PərvinTalıbov kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev olacaq.