Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl Türkiyə "Sivasspor"unun futbolçularından biri koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, adı açıqlanmayan həmin oyunçu evdə karantinə alınıb və onun müalicəsinə başlanılıb.Daha əvvəl noyabrın 13-də "Sivasspor"un iki futbolçusunda koronavirus aşkarlanıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.