"Qalatasaray"ın futbolçusu Arda Turan koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" klubu 3 futbolçusunun koronavirisa yoluxduğunu yazmışdı.