“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Ağdam təmsilçisi ilə keçirəcəkləri matçdan danışıb.
Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bunları deyib:
"Superliqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadır. Çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Superliqada mübarizə aparırıq."Qalatasaray" 7 gündə 1, biz isə 3 oyuna çıxırıq. Bu şərtlər altında hazırlıq matçı da keçirə bilməzdik. Milli komandalara gedən oyunçularımız var. Yığmaların oyunları ilə bağlı fasilədə zədəli futbolçularımızı sağaltmaq istəyirik.
Növbəti mərhələ şanslarımız davam edir. "Qarabağ" səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq".
Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar 26 noyabr İstanbulda "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.