Koronavirusa yoluxan Xəlilzadə: "Səhhətim yaxşıya doğru gedir"

15:11 17 Noyabr 2020

Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı paylaşım edib.



Sportarena.az xəbər verir ki, instaqram hesabında yazan oyunçu sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib:
 

"Dostlar, yazan, maraqlanan, narahat olan, şəfa diləyən hər kəsə təşəkkür edirəm! Hazırda Xorvatiyada karantindəyəm, səhhətim yaxşıya doğru gedir. İnşallah, tezliklə görüşəcəyik. Ətrafınızı və özünüzü bu virusdan maksimum şəkildə qorumağa çalışın".
 

Azərbaycan millisinin iki üzvü Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirus testi müsbət çıxıb. Hər iki futbolçu hazırda Xorvatiyada karantindədi və test nəticələri mənfi olandan sonra Bakıya qayıda biləcək.


Digər xəbərlər

Xəbər xətti