"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı

15:58 17 Noyabr 2020

"Sabah"ın futbolçusu Yevgeni Koçuk Moldova yığmasının heyətindən kənarlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Ötən tur Yunanıstanla matçda (0:2) zədələnən 27 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının qrup məhələsinin VI turunda Kosovoya qarşı matçında iştirak etməyəcək. Bu səbəbdən o, millinin Priştinaya yollanan heyətindən çıxarılıb. Koçukla yanaşı, Aleksandr Osipov da zədə səbəbindən qarşıdakı görüşü buraxacaq.

 

Qeyd edək ki, Kosovo - Moldova oyunu noyabrın 18-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti