UEFA Millətlər Liqasının VI turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusu koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bunlar qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşdir. Bu səbəbdən, hər iki oyunçu matçı buraxacaq.
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.