Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts Millətlər Liqasının VII turunda Azərbaycanla matçdan (0:0) sonra mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis deyib:
“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Press tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.