“İndi elə vaxtdır ki, hər şey çox incədir. Belə məqamda bu kimi qərarlar verilməlidir".
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib. Son dövrlərdə millimizdən kənar düşməsinə münasibət bildirən 30 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə verilən bu qərardan üzüldüyünü qeyd edib:
"Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdür. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm”.
Almaniya 2-ci Bundesliqa təmslçisi “Ersgebirge”də çıxış edən Nazarov bu mövsüm meydana az çıxmasından da danışıb: "Milli komandaların iştirakı ilə bağlı yaranmış fasilədə özümü inkişaf etdirməyə çalışıram. Ehtiyat oyunçular skamyasındakı yer məni qane etmir. 30 yaşım var və hələ də oynaya bilərəm”.
Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib. O, bu mövsüm geridə qalan 7 tur ərzində “Ersgebirge”də cəmi 4 oyunda meydana çıxıb.