Futbol üzrə klublararası dünya çempionatı təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə qərarı FIFA koronavirus pandemiyası ilə əlaqədar qəbul edib.Öncədən yarışın dekabrın sonlarında təşkili nəzərdə tutulmuşdu. Yeni qərara əsasən, çempionat 1 - 11 fevral 2021-ci ildə Qətərdə keçiriləcək.
Təşkilatçı ölkə iştirakçıların sağlamlıq və təhlükəsizlik təminatı verib.