Portuqaliya yığmasının Millətlər Liqasının VI turunda Xorvatiya ilə oyunu (3:2) komandanın ulduz futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 35 yaşlı forvard Kriştiano Ronaldo milli komandada101-ci qələbəsini qazanıb. O, bu göstərici üzrə İspaniya yığmasının keçmiş oyunçusu Xavini (100 qələbə) geridə qoyaraq, bu göstərici üzrə 3-cü yerə yüksəlib.
Ronaldo İspaniya yığmasının iki oyunçusu - Serxio Ramos (129) və İker Kasilyasdan geri qalır.