Azərbaycan Premyer Liqasının X turunda “Zirə”nin rəqibi “Keşlə” olacaq.
Sportarena.az xəbər verir ki, zirəlilər paytaxt təmsilçilərinin duelinə evdə çıxacaq.Birinci dövrədə rəqibini 3:2 hesabı ilə məğlub edən “qartallar” tarixində 21-ci dəfə “Keşlə” ilə üz-üzə gələcək.
Əvvəl “İnter” adlanan rəqiblə ilk görüş 2015/16 mövsümünə təsadüf edib. Bu müddətdə keçirilən 20 qarşılaşmada komandalar hərəyə 6 dəfə qalib gəlib. 8 matçda heç-heçə qeydə alınıb. 47 qolun vurulduğu oyunlarda top fərqi “Keşlə”nin xeyrinədir – 24:23.
Son üç ev oyununda “Keşlə”yə uduzmayan “Zirə” rəqibini 10-cu dəfə qəbul edəcək. Öz meydanında 3 qələbə və 5 heç-heçəsi olan “qartallar” yalnız 1 dəfə məğlubiyyətlə üzləşib. Qonaqların qapısından 13 top keçirən bu komanda 9 qol buraxıb.
Noyabrın 22-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Keşlə” matçına saat 16:00-da start veriləcək.