UEFA Ermənistanı cərimələdi

15:05 19 Noyabr 2020

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.



Sportarena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Cəriməyə səbəb Ermənistan millisinin məşqçi və futbolçularının oktyabrda Estoniya ilə Millətlər Liqasının səfər oyunu ərəfəsində Tallində kilsəni ziyarət etməsi və yerli "Ararat" klubunun gənc futbolçuları ilə görüşməsi olub. Halbuki protokola əsasən səfər oyununa gedən komandanın üzvləri xüsusi hallar olmasa, qaldıqları oteli tərk etməməlidirlər.
 

UEFA Ermənistan Futbol Federasiyasını 10 min avro cərimələyib. Məbləğin ödənməsi üçün 90 gün verilib.


Digər xəbərlər

Xəbər xətti