Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.
Sportarena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayacaq.
Avropa çempionatı
Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub.
Orxan Səfərov isə İtaliya, Slovakiya, Almaniya və Serbiya cüdoçularını məğlub edərək, finala yüksəlib.
Qadınlar
48 kq
Aişə Qurbanlı 1/8 final mərhələsində Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.
52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.
57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.