Ukraynanın "Prikarpattya” klubunun bir gündə 25 nümayəndəsi koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Klubda yalnız 5 futbolçu və 3 məşqçinin test nümunələrinin cavabları mənfi olub.Komandanın artıq karantinə alındığı bildirilib.
Qeyd edək ki, "Prikarpattya” birinci liqasının turnir cədvəlində 13-cü pillədədir.