“Neftçi” ciddi itki ilə üzləşib.
Klubdan Qol.az-a verilən məlumata görə, komandanın kapitanı Emin Mahmudov koronavirusa yoluxub. Dünən COVİD-19 testi verən yarımmüdafiəçidə virus aşkarlanıb. O, öz evində karantinə alınıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda noyabrın 22-də "Qəbələ"nin qonağı olacaq.