Millimizin daha iki futbolçusu koronavirusa yoluxdu

16:55 22 Noyabr 2020

Milli komandamızın daha iki futbolçusu koronavirusa yoluxub. 

 

Sportarena.az xəbər verir ki, milli üzvləri – Vüsal İsgəndərli və Rəhman Hacıyevin test nümunələri pozitiv çıxıb.

 

Bu səbəbdən hər iki futbolçu “Keşlə”nin “Zirə”yə qarşı Premyer Liqanın 10-cu tur oyunu üçün heyətinə daxil edilməyib. Yığmanın düşərgəsindən qayıtdıqdan sonra test verən bu yarımmüdafiəçilərdə problem aşkarlandığından, hər ikisi dərhal karantinə alınaraq, müalicəyə başlanıb.

 

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin düşərgəsində Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa toluxub. Millidən dönən "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovda da COVUD-19 aşkarlanıb.(sport24.az)


Digər xəbərlər

Xəbər xətti