“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ” ilə keçirilən oyundan (4:1) sonra deyib.
O, Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Bu səbəbdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.