Yunis Hüseynov: "Hücum xəttini gücləndirməliyik"

21:27 22 Noyabr 2020

"Azərbaycan xalqını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm. "Zirə" ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. Normal oyun alındı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 10-cu turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

55 yaşlı mütəxəssis komandasının hücum xəttindən razı qalmadığını bildirib: "İki oyunçumuz xəstələnmişdi. Hücuma meyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq".

 

Y.Hüseynov qışda hücumçu almaq niyyətində olduqlarını vurğulayıb: "Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik".

 

Baş məşqçi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin oyunu ilə bağlı isə bunu deyib: "O, topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olsa, hər şey daha yaxşı olacaq".


Digər xəbərlər

Xəbər xətti