FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırıldı

00:13 24 Noyabr 2020

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. 60 yaşlı futbol funksioneri vəzifəsindən sui-istifadə etdiyinə və vəsait mənimsədiyinə görə bu cəzaya məruz qalıb. Həmçinin o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.


Digər xəbərlər

Xəbər xətti