"Qarabağ"ın Avroliqada son ev oyununun stadionu müəyyənləşdi

02:00 24 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda  “Qarabağ”ın “Makkabi” (İsrail) ilə ev oyununun yeri müəyyənləşib.
 

Klubun baş meneceri Asif Əsgərovun Qol.az-a verdiyi məlumata görə, Ağdam təmsilçisi bu rəqibini də İstanbulda qəbul edəcək. Görüş dekabrın 3-də “Başakşəhər Fatih Terim” stadionunda olacaq.
 

Klub rəsmisi oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmə ehtimalı ilə bağlı isə bunu deyib: "Biz bununla bağlı UEFA-ya müraciət etmişik, onlardan bizə rəsmi cavab gəlməyib".
 

Qeyd edək ki, Azərbaycanda hərbi vəziyyət olması səbəbindən “Qarabağ” bundan əvvəl “Vilyarreal”ı (İspaniya) da bu stadonda qəbul etmişdi. Eyni zamanda, “Sivasspor”la (Türkiyə) noyabrn 26-dakı matç da eyni arenada keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti