Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin İstanbul şəhərində "Sivasspor"la qarşılaşacaq "Qarabağ"ın sfər planı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Ağdam klubu matçdan 1 gün öncə - noyabrın 25-iqonşu ölkəyə yola düşəcək. "Atlılar"ı aparacaq təyyarə saat 11:00-da səmaya qalxacaq. Həmin gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və komandanın son məşqi nəzərdə tutulub.
Azərbaycan təmsilçisi matçdan sonrakı gün - noyabrın 27-də Bakıya qayıdacaq. Komanda yerli vaxtla 11:30-da vətənə yola düşəcək.
Noyabrın 26-da "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Ağdam klubu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.