"Qarabağ"ın legioneri: "Azərbaycanın xoşbəxtliyi mənim də xoşbəxtliyimdir"

11:53 25 Noyabr 2020

"Qarabağ" klubunun kolimbiyalı futbolçusu Kevin Medinanın "Report"a müsahibəsi

 

- Çempionatdakı son oyunlarınızda "Neftçi"ni 6:0, "Sumqayıt" və "Keşlə"ni isə 6:1 hesabı ilə məğlub etdiniz. Rəqibləriniz bu qədər zəifdir?

- Mən elə düşünmürəm. Premyer Liqada zəif rəqib yoxdur. Biz komanda olaraq, yaxşı formadayıq. Növbəti matçlarda da bu çıxışımızı davam etdirmək istəyirik.

 

- Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədən ibarətdir?

- Yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Hazırda bu matça köklənməliyik. Qarşımızda bizim kimi motivasiyalı rəqib olacaq. Nəticə qazanmaq üçün çalışacağıq.

 

- Heyətinizdə zədəli və koronavirusa yoluxmuş futbolçular var. Bu, sizə Türkiyə təmsilçisi ilə görüşdə necə təsir edəcək?

- Yaxşı oyunçularımız və heyətimiz var. Həmin futbolçuların yerini doldura bilərik. Biz bir ailəyik. Bunu necə edəcəyimizi matçdan sonra dəyərləndirə bilərik.

 

- Qrupdakı ilk 3 matçda xal qazana bilməmisiniz. Bunun əsas səbəbi nədir?

- Əslində çox amillər var. Hansısa birini qabartmaq çətindir. Bütün səhvlərimizi analiz etmişik. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq.

 

- Azərbaycanın cəhbədə qazandığı qələbə barədə nə deyə bilərsiniz?

- Bütün xalqınızı, sizi təbrik edirəm. Hazırda Azərbaycan xalqının xoşbəxtliyi - mənim də xoşbəxtliyimdir.


Digər xəbərlər

Xəbər xətti