Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb. “Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirib. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qorumaq üçün qalib gəlməliydi. Hətta heç-heçə də təmsilçimizin qrupdan çıxmaq şansını minimuma endirəcəkdi. Amma iki dəfə hesabda önə keçməsinə baxmayaraq, komandamız bu görüşdən də məğlubiyyətlə ayrılıb.
Avropa Liqası
İ qrupu
“Qarabağ” - “Sivasspor” - 2:3
Qollar: Zubir, 8, Matiç. 51 - Kone, 40, 79 (pen), Kayode, 58
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Ehtiyat oyunçular: 35. Ali Şaşal Vural, 5. İsaak Kofi, 14. Samba Kamara, 80. Olarenvaju Kayode.
Baş məşqçi: Rıza Çalımbay.