"Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur".
Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib: "Yaxşı oynadılar və qələbə qazandılar. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. "Sivasspor" isə 6 xalla 3-cü sırada yer alır.