Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

00:55 27 Noyabr 2020

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb. İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.
 

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti