"İki qol vurduğum üçün xoşbəxtəm" - "Sivvaspor"un hücumçusu

11:27 27 Noyabr 2020

"Sivasspor"un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən görüşdə dubla imza atan 37 yaşlı hücumçu deyib:

 

"Komandanın futbolçularının demək olar ki, yarısı yox idi. Təcrübəli oyunçuyam, özümdən kiçik komanda yoldaşlarıma nümunə olmalıyam. İtkilərdən şikayətlənməkdənsə, yoldaşlarımla birlikdə nəsə etməli idik. İki qol vurduğum üçün xoşbəxtəm".


Digər xəbərlər

Xəbər xətti