Maradona dəfn olundu - FOTO

13:00 27 Noyabr 2020

 Futbol üzrə Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradona Buenos-Ayresdən 35 kilometr aralıqda yerləşən Bella-Vista adlı özəl qəbiristanlıqda dəfn olunub.

 

Sportarena.az xəbər verir ki, mərasimi “Todo Noticias” telekanalı canlı yayımlayıb. Dəfn mərasimi məhdud çevrədə keçirilib. Keçmiş futbolçunun atası Don Dieqo və anası Dalma Franko da bu qəbiristanlıqda dəfn ediliblər.

 

Qeyd edək ki, Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib.



Digər xəbərlər

Xəbər xətti